MN-də Serbiya hərbi mütəxəssisləri ilə görüş baş tutub | FOTO

MN-də Serbiya hərbi mütəxəssisləri ilə görüş baş tutub |    FOTO
  24 İyun 2025    Oxunub:790
Azərbaycan Müdafiə Nazirliyi ilə Serbiya Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin "Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü" keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, tərəflər Azərbaycan və Serbiya HHQ-lərinin cari vəziyyəti və perspektiv imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Mütəxəssis görüşü zamanı, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub və qarşılıqlı suallar cavablandırılıb.

AzVision.az


Teqlər: MN  



Xəbər lenti